RU

ANAMA: Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən hesab olunur

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunur. Ölkəmizin 11 660 kvadrat metr ərazisi mina və partlayıcı maddələrlə çirklənmiş vəziyyətdədir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhər bərpası: Hümanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda torpaqlarımızda basdırılmış 1 milyondan çox mina və hərbi sursat irimiqyaslı yenidənqurma və tikinti-bərpa işlərinə ciddi şəkildə mane olur.

​Mina çirklənməsinin insan amilinə və sosial həyata birbaşa mənfi təsirlərindən bəhs edən ANAMA sədri post-münaqişə dövründə çox sayda vətəndaşımızın bu bəlanın qurbanı olduğunu vurğulayıb:

Избранный
21
1
publika.az

2Источники