RU

WUF13 çərçivəsində böhran və yenidənqurma şəraitində mənzil hüquqları müzakirə olunur

Bakı, 22 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada böhran və münaqişə şəraitində mənzil hüquqlarının qorunması məsələləri müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, sessiyanın əsas məqsədi humanitar yardım, inkişaf mərhələlərini birləşdirən, hüquqlara əsaslanan yanaşmalar çərçivəsində ən yaxşı təcrübələrin paylaşılması və geniş sektor müzakirəsinə təşviq edilir.

Qeyd edilib ki, beynəlxalq hüquq yaşayış evlərinin əsassız dağıdılmasını, insanların məcburi köçürülməsini və zorla çıxarılmasını qadağan etsə də, münaqişələr zamanı yaşayış məntəqələri hələ də məqsədli şəkildə məhv edilir. Bu isə hüquqi öhdəliklərlə reallıq arasında ciddi fərqlərin mövcud olduğunu göstərir.

Müxbir-Vüqar Qurbanoğlu

 

Избранный
116
1
azertag.az

2Источники