RU

Elisabet Cirici Amiell: Dayanıqlı şəhərlər sıx idarəetmə əməkdaşlığı tələb edir

Bakı, 22 may, AZƏRTAC

Urban transformasiya çox vaxt torpaq dəyərinin artması ilə bağlı olur. Bu isə bizim əldə etmək istədiyimizin tam əks nəticələrə gətirib çıxarır. Nəticədə əhalinin köçürülməsi baş verir ki, bu da böyük problemdir. Biz bu cür vəziyyətlərdən uzaqlaşmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin ərazi, mənzil və ekoloji keçid departamentində şəhərsalma və memarlıq üzrə Baş direktor Elisabet Cirici Amiell mayın 22-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə" adlı tədbirdə deyib.

O bildirib ki, bu yalnız müxtəlif idarəetmə səviyyələri arasında düzgün əməkdaşlıq olduğu halda uğurlu ola bilər. Bu səbəbdən də, dövlət, regional və yerli idarəetmə orqanları arasında sıx əməkdaşlıq olmalıdır.

Müxbir - Gülay Nəzərova

Избранный
34
1
azertag.az

2Источники