RU

Dünya çempionatında komanda sayı 64 ə çatacaq Qərar bu tarixdə veriləcək

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

FİFA dünya çempionatının yenidən genişləndirilməsini nəzərdən keçirir. 

Fanat.Az xəbər verir ki, DÇ-2026-nı mundial tarixində ilk dəfə 48 komandalı formatda keçirəcək beynəlxalq futbol qurumu 2030-cu ildəki turnirində iştirakçı sayını 64-ə çatdırmaq variantını araşdırır.

"Lequipe"-nin məlumatına görə, islahatın əsas ideyası kiçik futbol ölkələrindən olan komandalara DÇ-də iştirak etmək üçün daha çox şans vermək və turnirin coğrafiyasını genişləndirməkdir.

Son qərar mundialın ABŞ, Kanada və Meksikada necə keçiriləcəyindən asılı olacaq. FİFA 48 komandanın iştirak etdiyi ilk turnirin təşkilati məsələlərini, logistikasını və ümumi səviyyəsini yaxından izləyəcək.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
1
fanat.az

2Источники