RU

Bəstəkar Elnar Məmmədovun xatirəsi anılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnar Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Azərbaycan Bəstəkarlar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elnar Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılıq yolundan və musiqi irsimizə verdiyi töhfələrdən bəhs edib.

Tədbirdə çıxış edən natiqlər Elnar Məmmədovun sənət dünyası və şəxsiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Konsertin proqramında Elnar Məmmədovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
azertag.az

2Источники