RU

Yayda maşını işə salandan sonra gözləmək lazımdır?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay aylarında avtomobil işə salınarkən mühərrikin uzun müddət qızdırılmasına ehtiyac qalmır. Müasir nəqliyyat vasitələrində yanacaq püskürtmə sistemləri elektron idarə olunduğu üçün aqreqat işə düşdüyü andan etibarən hərəkətə tam hazır vəziyyətdə olur. Sürücülərə sadəcə yağ təzyiqinin normallaşması və mayelərin sistemdə tam dövr etməsi üçün mühərrik işə salındıqdan sonra maksimum 30-45 saniyə gözləmək kifayət edir.Demokrat.az xəbər verir ki, isti hava şəraitində mühərriki yerində uzun müddət işlək vəziyyətdə saxlamaq faydadan çox ziyan vurur. Aqreqat yerində işləyərkən hərəkətdə olduğu qədər sürətlə soyuya bilmir və bu vəziyyət yanacaq sərfiyyatını süni şəkildə artırır. Avtomobil ekspertləri qeyd edirlər ki, yayda mühərriki qızdırmaq əvəzinə, ilk 5-10 dəqiqə ərzində yüksək sürət yığmadan, aşağı dövrlər sayı ilə hərəkət etmək lazımdır. Bu üsul həm mühərrikin, həm də sürətlər qutusunun optimal iş temperaturuna daha təbii və zərərsiz şəkildə çatmasını təmin edir.Yəni, isti havalarda maşını yerində gözlətməyə ehtiyac yoxdur, sadəcə işə saldıqdan dərhal sonra yüksək sürətlə sürməmək kifayətdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
demokrat.az

1Источники