RU

"Ağdam rayonunun təxminən 60 faizi minalardan təmizlənib"-

"Qarabağın və Şərqi Zəngəzurun bərpasında birbaşa iştirak edən şəxs kimi, bu proses zamanı əldə etdiyimiz təcrübələri, qarşılaşdığımız çətinlikləri və tərəfdaş qurumlardan öyrəndiyimiz vacib məqamları bölüşmək istərdim".Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Emin Hüseynov Ümümdünya Şəhərsalma Forumunda “Ağdam, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf” mövzusunda keçirilən panel müzakirəsində bildirib: "30 illik işğaldan sonra azad edilmiş ərazilərin 2,7 min kvadrat kilometri Ağdam, Füzuli və Xocavənd rayonlarının payına düşür. Bu bölgələr vaxtilə Qarabağın ən sıx məskunlaşmış, iqtisadi və sosial baxımdan ən fəal əraziləri idi. Lakin torpaqlar azad edildikdən sonra qarşılaşdığımız mənzərə olduqca ağır idi. Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılmış, infrastrukturu məhv edilmiş, yaşayış məntəqələri vandallığa məruz qalmışdı. Bölgənin simvolik məkanları — Ağdam Çay Evi, Çörək Muzeyi, Qiyaslı və Ağdam Cümə məscidləri, eləcə də Füzulidə “Araz” qəzetinin binası dağıntının miqyasını açıq şəkildə nümayiş etdiririr".Emin Hüseynov qeyd edib ki, Ağdam, Füzuli və Xocavənd rayonları uzun illər təmas xəttində yerləşdiyi üçün geniş şəkildə minalarla çirkləndirilmişdi":"Buna görə də bərpa və yenidənqurma prosesinin başlanması üçün ilk və həyati vacib mərhələ məhz minatəmizləmə işləri oldu. Son beş il ərzində Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun 78 faizi və Xocavənd rayonunun isə 60 faizə yaxın hissəsi minalardan təmizlənib".Gülbəniz Hüseynli / Mətbuat.az


Избранный
11
2
metbuat.az

4Источники