RU

Yaxın günlərdə Bakı Tbilisi qatar biletinin qiymətləri necə dəyişir? FOTO

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışına başlanılıb.

"AzPolitika" xəbər verir ki, ötən gün satışa çıxarılan biletlərə tələbat gözlənildiyi kimi böyük olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin saytında yer alan məlumata görə, qarşıdakı təxminən bir aylıq müddətdə qiymələr minimum 85 manat 30 qəpik, maksimum 231 manat 39 qəpik arasında dəyişir. 

Xatırladaq ki, Bakı-Tbilis-Bakı marşurutunda siniflər üzrə qiymətlər belədir:

- "Komfort" - 81 manat;

- "Komfort+" - 117 manat;

- "Lüks" - 180 manat.

ADY-nin məlumatına görə, sərnişinlər biletləri 20-25 gün öncədən daha ucuz qiymətə əldə edə bilərlər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
azpolitika.info

1Источники