RU

“Ağdamın 60 faizi, Füzuli 78 faizi və Xocavəndin isə təxminən 60 faizi minalardan təmizlənib”

30 illik işğaldan sonra azad edilmiş ərazilərin 2,7 min kvadrat kilometri Füzuli, Xocavənd və Ağdam rayonlarının payına düşür. Bu ərazilər, ehtimal ki, azad olunmuş torpaqlar arasında ən sıx məskunlaşmış bölgələr idi.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi
Emin Hüseynov Ağdam, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarında dayanıqlı yenidənqurma, yenidən məskunlaşma və inkişaf panel sessiyasında deyib.

Onun sözlərinə görə, torpaqlar azad edildikdən sonra gördüyümüz mənzərə məhz bu idi ,ərazidə qarşılaşdığımız vəziyyət. Ağdam və Füzuliyə daxil olanda, faktiki olaraq tamamilə dağıdılmış, vandallığa məruz qalmış şəhərlərlə qarşılaşdıq. Bu iki rayon həm əhali sayına, həm ərazi baxımından, həm də Qarabağ bölgəsinin iqtisadi fəaliyyəti baxımından ən böyük rayonlar idi.

Bölgənin ən iri şəhərləri olan Ağdam və Füzuli sanki ümumiyyətlə mövcud olmayıbmış kimi tamamilə yerlə-yeksan edilmişdi. Ağdamda məşhur Çay Evi, Füzulidə “Araz” qəzetinin binası, Ağdamdakı Çörək Muzeyi, Qiyaslı məscidi, həmçinin Ağdam Cümə məscidi və fotolarda gördüyünüz digər dağıntılar bunun nümunəsidir.

Bu, əslində, vandalizmin və dağıntının klassik nümunəsidir. Lakin faciə bununla da bitmirdi. Qarşılaşdığımız əsas və ən böyük problemlərdən biri mina təhlükəsi idi. Bu iki rayon 30 il boyunca mövcud olmuş təmas xəttinin üzərində yerləşdiyindən tamamilə mina ilə çirkləndirilmiş ərazilər idi.

Bərpa prosesinə başlamaq üçün minatəmizləmə işləri həyati əhəmiyyət daşıyırdı. Son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun 78 faizi və Xocavənd rayonunun isə təxminən 60 faizi minalardan təmizlənib.

Müəllif: Günay Hacıyeva
Избранный
18
2
sia.az

4Источники