RU

Yazıçı Adilə Aslanova sözün fəlsəfəsi ilə oxucuların görüşünə gəldi - FOTO

Bu gün öz işinə başlayan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında yazıçı Adilə Aslanova ilə oxucuların görüşü keçirildi.
 

MÖVZU İLƏ BAĞLI:

Fidan Türkün “Atlar diyarında” nağılı kiçik oxucularla görüşə gəldi - FOTO


Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Turan Yazıçılar Birliyinin üzvü olan Adilə Aslanova 6 kitabın müəllifidir. Onlardan biri Təbrizdə nəşr olunub. A. Aslanova əsasən fəlsəfi, bədii, nəsr və nəzm əsərlərinin, yaradıcılığı ilə məşğuldur.

Yazıçının əsərləri həmçinin Almaniya, Qazaxıstan, Türkiyə, İraq və Özbəkistan mətbuatında da yayımlanıb.
 

O, Mərkəzi Asiya Yazıçıları və Tarixçiləri Birliyi tərəfindən “Türk xalqları birliyi” medalı, “Abdulla Aripov” adına medal və fəxri diplomla təltif olunub.


Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Избранный
4
2
bizim.media

3Источники