RU

“Yaşayış layihələri üçün mərkəzi ərazilərdə federal torpaqlar ödənişsiz ayrılır” Alesandra Vieira

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Mənzil siyasətində əsas problemlərdən biri də odur ki, həmin evlər harada tikilir. Adətən yaşayış layihələri şəhərlərin kənar ərazilərində həyata keçirilir. Lakin biz federal mülkiyyətə aid torpaq sahələrini şəhərlərin mərkəzi hissələrində, yaxşı infrastrukturla təmin olunmuş ərazilərdə ayırırıq. Bu torpaqları ödənişsiz şəkildə təqdim edirik. Beləliklə, yaşayış layihələrinin daha əlverişli məkanlarda həyata keçirilməsinə imkan yaranır”.

Redaktor.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Şəhərin inkişafı üçün torpaq əsaslı strategiya kimi dövlət əmlakının idarə edilməsi” adlı sessiyada Braziliyanın Federal Əmlak Katibliyinin katib müavini Alesandra Vieira bildirdi.

“Bu istiqamətdə prioritetimiz əsasən Braziliyanın ən böyük federal yaşayış proqramı olan “Minha Casa, Minha Vida” (“Mənim Evim, Mənim Həyatım”) proqramıdır. Eyni zamanda sosial hərəkatlara da üstünlük veririk.

“Minha Casa, Minha Vida” proqramının xüsusi bir qolu var ki, burada sosial hərəkatlar öz layihələrini özləri hazırlayır, idarə edir və tikinti işlərini həyata keçirirlər. Onlar həm yeni tikililər inşa edir, həm də mövcud binaların yenidən qurulması və bərpası ilə məşğul olurlar”.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
redaktor.az

2Источники