Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarımız fiziki məhdudiyyətli sərnişinlərin maneəsiz səyahəti üçün inklüizivlik imkanları yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Belə ki, qatarlar rahat hərəkət üçün geniş və xüsusi dizayn edilmiş oturacaqlar, uyğunlaşdırılmış duş kabinlər, xüsusi panduslar və tutacaqlar və s. ilə təmin olunub.
“Təlim görmüş peşəkar qatar heyətimiz isə maneəsiz səyahətə kömək etmək üçün hər zaman hazırdır”, - deyə ADY-dən bildirilib.





Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта