RU

Rusiya Ermənistandan gələn meyvə və tərəvəzlə də bağlı problemlərin olduğunu açıqlayıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistandan gələn meyvə və tərəvəzlə də bağlı problemlər var.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti-Rosselxoznadzorun rəhbəri Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, Ermənistandan gələn tədarüklə bağlı problemlərin təkcə güllərə deyil, həm də meyvə və tərəvəzlərə aiddir.

Qeyd edək ki, Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Rosselxoznadzor qərarın Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq üçün verildiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
3
apa.az

4Источники