RU

Şəkidə rəqəmsal kadastr sistemi yaradılır

Şəki şəhərində rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.

Ölkə.az xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu üçün rəqəmsal kadastr sisteminin qurulması istiqamətində işlər aparılır. Yeni sistem qoruq ərazisindəki torpaq sahələri, tikililər və mülkiyyət formaları barədə məlumatların vahid rəqəmsal platformada birləşdirilməsini təmin edəcək. Layihə qoruğun daha effektiv idarə olunmasına və məlumat bazasının sistemləşdirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Избранный
29
olke.az

1Источники