RU

ABŞ Tayvana silah satışını dayandırdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin müavini Hunq Kao, ölkəsinin ABŞ/İsrail-İran müharibəsi səbəbindən Tayvana 14 milyard dollarlıq silah satışını dayandırdığını söylədi.

Turkustan.az xəbər verir ki, bu qərar Trampın Çinə səfərindən qısa müddət sonra verildi və Çin tərəfi Tayvanın qırmızı xətt olduğunu bildirdi.
CBS News-un məlumatına görə, Senatın Büdcə Komitəsinin dinləməsində çıxış edən Cao Tayvana hərbi satışların vəziyyətini qiymətləndirib.

Tayvana 14 milyard dollarlıq silah satışı ilə bağlı suala Cao belə cavab verib: "Epik Qəzəb Əməliyyatı üçün lazım olan sursatın bizdə olduğundan əmin olmaq üçün fasilə veririk".

Cao həmçinin bildirib ki, administrasiya zəruri hesab etdiyi zaman xaricə hərbi satışları davam etdirəcək.

Trampın Çinə səfəri zamanı Si Cinpinin rəhbərlik etdiyi Çin tərəfi ABŞ-a Tayvanın onlar üçün müzakirə olunmayan qırmızı xətt olduğunu çatdırdı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
15
turkustan.az

1Источники