RU

Gürcüstanlı nazir: Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır

Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı regionun strateji əhəmiyyətini artırır.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili II İstanbul Təbii Sərvətlər Sammitində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, illər ərzində formalaşan əməkdaşlıq böyük dayanıqlılıq nümayiş etdirib və Bakı–Tbilisi–Ceyhan boru kəməri kimi layihələr regionun qlobal enerji sistemində mühüm rolunu qorumaqdadır.

Kvrivişvili bildirib ki, qlobal gərginlik artdıqca Gürcüstan, Türkiyə və Azərbaycanın strateji əhəmiyyəti və enerji təhlükəsizliyinə töhfəsi daha da artır:

“Bu gün xüsusilə regionumuzda və dünyada gərginliklərin artdığı şəraitdə Gürcüstan, Türkiyə və Azərbaycanın əhəmiyyəti daha aydın görünür və bu üç ölkənin dünyaya, Avropaya və daha geniş regionlara verdiyi dəyər daha da artıb”, - deyə o qeyd edib.

Gürcüstanlı
Избранный
48
1
apa.az

2Источники