Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Dövlət Dumasının sədri bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət aparır.
Volodinin sözlərinə görə, bu, Ukrayna nümunəsində olduğu kimi, heç də yaxşı sonluqla nəticələnməyən bir yoldur.
“Rusiya Ermənistanın inkişafı üçün çox iş görüb. Rusiyaya gələn Ermənistan vətəndaşları isə burada özlərini realizə edə, vətəndə qalan doğmalarına kömək edə bilirlər”, – Volodin vurğulayıb.
Dövlət Duması deputatlarının mövqeyinə istinad edən spiker iddia edib ki, Ermənistanın Baş naziri Rusiyanın təqdim etdiyi imkanlardan kinayəli şəkildə istifadə edir.
Volodin fikrini belə yekunlaşdırıb: “Rusiya Ermənistanı dəstəkləməyə davam edir, əvəzində isə “alçaqlıq və ləyaqətsizlik” görür”.
Rəsmi Moskva ilə İrəvan arasında son dövrlər müşahidə olunan soyuqluq və qarşılıqlı ittihamlar ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı ciddi suallar doğurur.
Xuraman Etibarlı
İnterpress.az