RU

ABŞ İranı Həccdən sonra vuracaq? – Dünya yenə həyəcanda

ABŞ prezidenti Donald Trampın İrana verdiyi möhlət bitmək üzrədir. Tramp açıq şəkildə işarə edib ki, danışıqlarda ciddi dönüş olmasa, buna gedə bilər. O, Tehranın uzağı bazar ertəsinədək zamanı olduğunu deyib. Ancaq bir qayda olaraq ABŞ beynəlxalq birjaların şənbə-bazar günlərinin bağlı olmasını nəzərə alaraq, İrana məhz şənbə günü hava zərbələri zərbə endirməyə başlayır. Bu şənbə, yəni sabah hücum ola bilərmi?

2026

Bu fonda Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Miller sülh danışıqlarında davam edən çıxılmaz vəziyyətlə bağlı İran rəhbərliyinə sərt xəbərdarlıq edib. Miller qeyd edib ki, İran rəhbərliyi ABŞ-dan kritik ultimatum alıb. Onun sözlərinə görə, İran seçim qarşısındadır: “Onlar ya ABŞ-ı qane edən bir sənədlə razılaşa bilərlər, ya da müasir tarixdə heç vaxt görünməmiş hərbi təzyiqlə üzləşəcəklər”.
Həmçinin, ABŞ-nin Pakistan vasitəsilə ilə İrana son anlaşma layihəsi təqdim etdiyi bildirilir. İran rəsmilərinin isə sənədi qiymətləndirmək və öyrənmək üçün Pakistandan vaxt istədikləri deyilir. Bu barədə “Əl-Cəzirə” Pakistan rəsmilərinə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında aparılan dolayı danışıqlarda əsas maneə olaraq qalır.

Belə fikir də var ki, Pakistanın səyləri ilə İrana zərbə tarixi ən azından Həcc ziyarətindən sonraya saxlanılıb (27-28 may).

Aydın

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ-nin indiki mərhələdə İrana zərbə endirməsi bir sıra çətinliklərlə üzləşir: “38 günlük hərbi əməliyyatların ciddi nəticə verməməsi Trampı növbəti hərbi zərbələr endirməkdən çəkindirən əsas faktorlardan biridir. Digər tərəfdən ölkənin daxili siyasi, hüquqi məsələləri də Trampa İrana zərbə endirməyə maneçilik törədir. Artıq bir dəfə Tramp bir dəfə Konqresin icazəsi olmadan İrana zərbələr endirib. Növbəti dəfə Konqresdən razılıq olmadan İrana zərbə endirməyin ölkənin daxilində hansı siyasi-hüquqi nəticələr doğura biləcəyindən çəkinir. Artıq Senatda 4 dəfə Trampa Konqresin razılığı olmadan İrana zərbə endirməsini qadağan eləyən qərar layihəsi müzakirədən keçib”.

Ekspertin deyib ki, eyni zamanda, aparılan nəticəsiz İran kampaniyası NATO-nu parçalanma təhlükəsi ilə üz-üzə qoyub: “İranın davakar ritorikası da get-gedə sərtləşir. Trampın İranla bağlı Çin taktikası da uğursuzluğa düçar oldu. Bundan başqa ABŞ-nin daxilində aralıq seçkilərə az müddət qalır”.

A.Quliyevin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Trampın İrana zərbə endirməsi ehtimalı çox azdır: “Zərbə endirilməsi hansısa dini bayrama, dini mərasimə görə deyil, yuxarıda sadaladığım faktorlara görə təxirə salınır. Tramp dini və ya milli bayram kimi məsələlərə əhəmiyyət verməyən adamdır. Unutmayaq ki, ABŞ tərəfindən Əfqanıstana, İraqa hərbi zərbələr məhz müsəlmanların əziz günlərində, bayramlarda endirilib. Trampın İrana qarşı zərbə endirib-endirməyəcəyi daha çox regional, qlobal vəziyyət və ABŞ daxilindəki məsələlərdən asılı olacaq. Ən azı payıza qədər hərbi əməliyyatın yenidən bərpa olunma şansı azdır”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
21
1
musavat.com

2Источники