RU

Tikinti-quraşdırma işlərində qiymətlər artıb – DSK

2026-cı ilin birinci rübündə Azərbaycanda tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0.4%, illik müqayisədə isə 1.5% artıb. Halbuki, 2025-ci ilin son rübündə illik tikinti qiymətləri üzrə qiymət 0.5% idi.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yerüstü tikililər üzrə qiymət indeksi də rüblük müqayisədə 0.4%, illik müqayisədə 1.5% yüksəlib.

Yaşayış evləri üzrə qiymətlər rüb ərzində 0.3%, illik müqayisədə isə 0.8% artıb. Bu göstərici 5 mərtəbəyə qədər yaşayış evlərində illik 0.6%, 6 və daha çox mərtəbəli binalarda isə 0.8% təşkil edib.

Sosial təyinatlı binalar üzrə qiymətlər illik müqayisədə 2.3% artarkən, inzibati tikililərdə artım 2.9% olub. Ümumtəhsil məktəbləri üzrə qiymət artımı isə 2.3% təşkil edib.

İstehsal təyinatlı obyektlərdə qiymətlər illik 1.3% yüksəlib. Sənaye obyektlərində də eyni dinamika qeydə alınıb.

Yol və körpü tikintisi üzrə qiymətlər rüblük müqayisədə 0.5%, illik müqayisədə isə 1.5% artıb. Bu dövrdə yol tikintisi üzrə qiymətlər illik 1.6% yüksəldiyi halda, körpü tikintisində artım 0.5% olub.

Xatırladaq ki, 2026-cı ilin yanvar-mart aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-mart aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

Избранный
55
banker.az

1Источники