RU

Mətbuatın WUF13 sınağı: Baş redaktorlar medianın işini dəyərləndirdilər

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)  başa çatır. 

Forumda ümumilikdə 53,5 min iştirakçı qeydə alınıb. İştirakçıların təxminən 50 mini forumda əyani, 3 mindən çoxu isə onlayn iştirak edib. Forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub, 125 ölkədən 400-ə yaxın məruzəçi əsas proqramda çıxış edib. 

Sessiyada 27 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edərək, qlobal şəhər gündəliyinə siyasi dəstəyi nümayiş etdiriblər.

Qeyd edək ki, WUF13 başladığı gündən etibarən Azərbaycan mediasının diqqət mərkəzində olub, geniş işıqlandırılıb. Azərbaycan mediasının WUF13-ü işıqlandırmasını meda qurumlarının rəhbərləri necə dəyərləndirirlər?

"Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının baş redaktoru Rəfail Becanov bildirib ki, WUF13 dünyanın diqqət mərkəzində olan tədbirlərdən idi: 

"Azərbaycan bu tədbirə də yüksək səviyyədə ev sahibliyi etdi. 182 ölkədən 40 mindən arıtq qonağın qatıldığı bu tədbirdə media subyektlərimiz də çox aktiv iştirak etdilər. Təbii ki, media olaraq, artıq təcrübəmiz var idi. COP29-da Azərbaycan mediası öz işini uğurla və geniş formada həyata keçirdi. 

Təbii ki, bu dəfə media öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Fasiləsiz informasiyalar verildi, müxtəlif tədbirlərdən reportajlar hazırlandı. Azərbaycan mediası bu nəhəng qlobal tədbiri ölkə və dünya auditoriyasına çatdırmaqda təqdirəlayiq fəaliyyət və peşəkarlıq göstərdi. 

Eləcə də Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Ağ Şəhərə,  Şamaxıya mediaturlar təşkil edildi. Bu da xarici jurnalistlərə Azərbaycanın şəhərsalma siyasəti ilə praktik tanış olmaq imkanı yaratdı". 

"Azxeber.com" İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli Azərbaycan mediasının artıq beynəlxalq tədbirlərin işıqlandırılmasında çox böyük təcrübəsi olduğunu bildirib: 

"Bundan bir müddət əvvəl də ölkəmizdə baş tutan beynəlxalq tədbirlər Azərbaycan mediası tərəfindən çox yüksək səviyyədə işıqlandırılıb. Çox sevindirici haldır ki, COP29 kimi mötəbər bir tədbirdən sonra WUF13 də ölkəmizdə keçirilir. Azərbaycan mediası artıq  bu sahədə peşəkarlaşıb. WUF13 günlərində Azərbaycan mediası orada olan panellər haqqında ictimaiyyətə dolğun məlumatlar verdi. 

Eyni zamanda, tədbir çərçivəsində nümayiş olunan sərgilər, ekspozisiyalar ictimaiyyətə geniş şəkildə təqdim edildi. Azərbaycan mediası bu sınaqdan da üzüağ çıxdı və bir daha peşəkar, dövlətçi olduğunu nümayiş etdirdi. Bizim media nümayəndələrimiz bu sahədə beynəlxalq təcrübəyə malikdirlər. 

Bu cür beynəlxalq tədbirlərin işıqlandırlması baxımından Azərbaycan mediası öz imzasını qoymağı bacarıb. Eyni zamanda, çox sevindirici  haldır ki, mediamız yalnız ölkə ictimaiyyəti üçün deyil, həm də xarici ictimaiyyətə də bu haqda məlumat verdi. Mən ilk gündən  WUF13-ün keçirildiyi məkanda oldum. 

Azərbaycan jurnalistləri üçün yaradılan şəraitlə bağlı xüsusi qeyd etmək istərdim. Çünki orada təşkilat komitəsi tərəfindən medanın fəaliyyəti üçün hər cür şərait yaradılmışdı. Azərbaycan mediası da öz peşəkarlılğını göstərdi. Bu tədbir xarici jurnalistlərin də diqqətini cəlb edib. 

Onlar da yaradılan bu şəraitə görə təşkilat komitəsinə öz təşəkkürlərini bildirdilər. Azərbaycan mediası beynəlxalq təcrübəyə malik mediadır. Bununla da son illər Azərbaycan mətbuatında son illər aparılan ishlahatlar, mətbuatımızın şəffaflaşmasından sonra artıq yeni bir mərhələnin şahidi oluruq. Sevindirici haldır ki, Azərbaycan jurnalistləri də bu sınaqların hər birindən üzüağ çıxmağı bacarır".  

“Olaylar” İnformasiya Agentliyinin direktoru və qəzetin baş redaktoru Yunus Oğuz isə bildirib ki, Azərbaycan son günlər daha bir mötəbər tədbirə ev sahibliyi etdi: 

"Mediamız da bu tədbiri çox gözəl işıqlandırdı. Mediamız heç zaman belə bir olub, geniş şəkildə Azərbaycan dövlətinin keçirdiyi tədbiri bu cür işıqlandırmamışdı. Nəinki tədbirin açılışı, komissiyaların iclaslarını da belə işıqlandırır, ətraflı məlumat yayırdılar. Hamı kimi bizim çalışdığımız media qurumu da  bu beynəlxalq tədbiri çox gözəl işıqlandırdıq". 

“Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal Azərbaycanın artıq uzun müddətdir ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübə qazandığını bildirib: 

"Bir neçə gündür ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) həyata keçirilməsi də göstərdi ki, bu cür tədbirlər üçün Azərbaycan çox münbit və effektiv bir ölkədir. Bu forumun qarşısında olan məqsədlər hazırda dünyanın başqa coğrafiyaları, ölkələri kimi Azərbaycan üçün də çox aktualdır. 

Gündəlikdə yalnız şəhərsalma, yeni yaşayış məskənləri və bu məskənlərin inkişafı zamanı yeni tətbiqlər, smart şəhər və kəndlər, yaşıl enerji ilə yanaşı, şəhərləşmə ilə bağlı bir sıra problemlər var idi ki, ölkəmiz də bunu yaşamaqdadır. 

Burada kənddən şəhərə axın, şəhər əhalisinin sayının artması, ekoloji problemlərlə və digər məsələlərlə bağlı WUF13 tədbirlərində fikir mübadiləsi aparıldı, təcrübələr bölüşüldü. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni tətbiq olunmuş infrastruktur layihələri və onların inşaası zamanı yaşıl enerji, samart şəhərlə, kəndlərlə bağlı məsələlər gələn qonaqlara çatdırıldı. Bu baxımdan hesab edirəm ki, WUF13 həm təcrübələrin öyrənilməsi, həm də Azərbaycanın öz təcrübələrini dünya ölkələri ilə paylaşması baxımından əhəmiyyətli oldu". 

Baş redaktorun sözlərinə görə, tədbirin keçirildiyi məkanda xüsusi olaraq media mərkəzi quraşdırılmışdı: 

"Orada bu tədbirləri işıqlandıran media mənsublarının yaradılan şəraitlə bağlı iradını eşitməmişik. Çünki biz də aktiv şəkildə həm pavlyonda, həm də açıq ərazilərdə medianın keçirilən tədbiri işıqlandırmasıyla bağlı  heç bir problemə rast gəlmədik. 

Bu da onu göstərir ki, daha əvvəlki tədbirlər, xüsusilə də COP29 zamanı qazanılmış təcrübədən irəli gələrək, budəfəki   WUF13 zamanı da çox effektiv şəkildə Azərbaycan mediası üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. 

Hətta bəzi redaksiyalar tədbirdə böyük qruplar şəklində təmsil olunurdu. Bu da ümumi sessiya dövründə keçirilən tədbirlərin həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya çatdırılmasında effektiv vasitə idi".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

redaktorlar WUF13

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
cebheinfo.az

2Источники