RU

"Mançester Yunayted" Kerriklə bağlı qərarını verdi - RƏSMİ

"Mançester Yunayted" Maykl Kerrikin komandanın baş məşqçisi vəzifəsində qalıb-qalmayacağı ilə bağlı qərarını qətiləşdirib. 

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" onunla yeni anlaşma əldə olunduğunu rəsmən açıqlayıblar. 

Mütəxəssislə yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər qüvvə olacaq.

44 yaşlı ingilis mütəxəssis Ruben Amorimin istefasından sonra yanvar ayında komandanın sükanı arxasına keçib və mankunianlılar onun rəhbərliyi altında Çempionlar Liqasına vəsiqə qazanıb. 

MY Kerrikin baş məşqçiliyi dövründə 16 oyundan 11-də qələbə qazanıb ki, komanda bu dövrdə Premyer Liqa klubları arasında hamıdan çox xal toplayıb. 

Mirağa

Избранный
62
1
fanat.az

2Источники