RU

Məhkəmə Anar Əsədliyə bu cəzanı verdi

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. 

Daha sonra məhkəmə hökmü elan edib. 

Hökmə əsasən, Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Anar Əsədov yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat alıb. Həmin puldan 23 manat geri qaytarıb. Anar Əsədli Etibar  Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb.

Xatırladaq ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
4
2
unikal.az

3Источники