Layihə, dayanıqlı inkişaf məqsədlərini əsas götürən yanaşması ilə diqqət çəkib: binalarda günəş panelləri quraşdırılır, yağış suları toplanaraq suvarma məqsədilə istifadə olunur, istilik və soyutma xərclərini minimuma endirmək üçün keyfiyyətli izolyasiya sistemləri tətbiq edilir. Ümumilikdə “Kristal” ekologiya amilini bütün layihələrinin əsasına qoyduğunu vurğulayır: istifadə olunan materialların seçimindən tutmuş yaşıllıq sahələrinin salınmasına qədər hər addımda ətraf mühitin qorunması meyarları nəzərə alınır. "Kristal" WUF13-dəki iştirakı ilə dayanıqlı şəhər inkişafına verdiyi önəmi bir daha nümayiş etdirib və gələcəkdə də innovativ, ekoloji cəhətdən məsuliyyətli layihələrlə şəhər mühitinin inkişafına töhfə verəcəyini bildirib.
Forum çərçivəsində "Kristal" nümayəndələri müxtəlif ölkələrdən gələn iştirakçılar, investorlar və beynəlxalq təşkilat nümayəndələri ilə görüşlər keçirib, şəhərsalma və daşınmaz əmlak sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.