RU

Eyfel qülləsinin pilləkəni 450 min avroya satıldı


Eyfel qülləsinin pilləkəninin bir hisssəi hərracda 450 min avrodan çox qiymətə satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, pilləkənin bu hissəsi 1889-cu ildə inşa edilmiş pilləkənin 14 pilləli bir hissəsi olub.
Hündürlüyü 2,7 metr, çəkisi 1,4 ton olan bu pilləkən qüllənin ikinci və üçüncü mərtəbələrini birləşdirib, 1983-cü ildə liftlər quraşdırıldıqdan sonra sökülüb.
“Cümə axşamı hərraca çıxarılan pilləkən fraqmenti 450 min 160 avroya (521 min 825 dollara) satılıb ki, bu da ilkin qiymətdən üç dəfə yüksəkdir”, - agentlik qeyd edib.
Hərraca çıxarılan bu pilləkən fransız biznesmenin şəxsi kolleksiyasına məxsus olub.
Qeyd edək ki, ümumilikdə, Eyfel qülləsinin pilləkənləri söküldükdən sonra 24 hissəyə bölünüb və indiyə qədər bu hissələrdən 20-i hərraclarda satılıb.
Избранный
19
7
yeniavaz.com

8Источники