RU

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Mayın 22-də mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşların müraciətlərini dinləyib.Bu barədə Ulusum.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.Beyləqan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər. Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Diqqət Çəkənlər

"Şerlok Holms” heyranlığından Avropa nəşriyyatlarına -Əzimə Ağalarova danışır

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Prezident İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub

Избранный
25
8
ulusum.az

10Источники