RU

23 kq a qədər baqajı Tiflis qatarında pulsuz apara bilərsiniz

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı-Tiflis-Bakı qatarı ilə səfər zamanı Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq olacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bundan əlavə kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir.

Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
31
www.bakupost.az

10Источники