RU

Bakı Ağ Şəhər də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"PAŞA Real Estate" və "Bakı Ağ Şəhər" yeni "Waterfront" (Sahil) kvartalının irimiqyaslı inşası ilə bağlı mühüm müqavilə bağlayıb.

Marja.az-ın məlumatına görə, sənədi "PAŞA Real Estate" şirkətinin Baş icraçı direktoru Özgür Geter və "Bakı Ağ Şəhər" layihəsinin İcraçı direktoru Ruslan Sadıxov imzalayıblar.

Bu layihə sayəsində ərsəyə gələcək dinamik və çoxfunksiyalı məkanın tərkibinə "White City Mall" ticarət mərkəzi, eləcə də möhtəşəm yaşayış və ofis binaları, hotellər, konqres zalı, muzey, şəhər meydanı və geniş ictimai infrastruktur daxil olacaq.

Bu tərəfdaşlıq keçmiş sənaye zonasının dayanıqlılıq və müasir urbanistika prinsipləri əsasında yenidən layihələndirilərək qlobal səviyyədə tanınan şəhər məkanına çevrilməsi istiqamətindəki ortaq vizyonu əks etdirir.

"PAŞA Real Estate" aparıcı beynəlxalq memarlıq və planlaşdırma tərəfdaşları ilə birlikdə regionun ən iddialı şəhər transformasiyası layihələrindən birinə töhfə verməkdən qürur duyur.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
marja.az

3Источники