RU

"Etihad"ın şimal tribunasına Xosep Qvardiolanın adı verildi

"Mançester Siti"nin ev oyunlarını keçirdiyi "Etihad" stadionunun şimal tribunası bu gün komandanın baş məşqçi postunu tərk edəcəyi rəsmən açıqlanan Xosep Qvardiolanın adını daşıyacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "şəhərlilər"in rəsmi saytı yayıb.

Şimal tribunasının ilk dəfə kataloniyalı mütəxəssisin Mançester təmsilçisinin baş məşqçisi qismində keçirəcəyi son qarşılaşmada - mayın 24-də "Aston Villa" ilə görüşdə tam şəkildə açılacağı bildirilib.

Pep baş məşqçi postundan ayrılsa da, qolobal səfir olaraq "City Football Group" ilə əməkdaşlığı davam etdirəcək. O, qrupdakı klublara texniki məsləhətlər verəcək, konkret layihələr üzərində işləyəcək. 

Qvardiola MS ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, eləcə də UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Toğrul

Избранный
4
fanat.az

1Источники