RU

Dəhşətli QƏZA: işıq dirəyi gənc oğlanın başını bədənindən qopardı HADİSƏ ANI

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Malayziyada 18 yaşlı Va Xan Keonq avtomobil qəzasında faciəvi şəkildə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Keonq 49 yaşlı atası Va Ti Tun ilə birlikdə qəzaya düşüb. Avtomobili ata idarə edib. Qırmızı rəngli “Volkswagen Golf” ata-oğulun olduğu avtomobilin qarşısına çıxaraq idarəetməni itirib və işıq dirəyinə çırpılıb. Nəticədə dirək onların maşınının üzərinə aşıb.

Dirək avtomobilin ön hissəsini deşib keçib. Tunun sözlərinə görə, özü əlindən yüngül xəsarət alıb, oğlu isə hadisə yerində ölüb.

Kişi oğlunu çağırmağa çalışdığını, lakin ona tərəf dönəndə dəhşətli mənzərə ilə qarşılaşdığını bildirib. Hadisə nəticəsində oğlunun başı bədənindən ayrılıbmış.

Yaxınları qəzaya səbəb olan Volkswagen sürücüsünü məhkəməyə verməyi planlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
lent.az

1Источники