RU

Çindən ABŞ-nin Yaponiyada raket sistemlərinin yerləşdirilməsinə REAKSİYA

Çin ABŞ-nin Yaponiyada "Typhon" ortamənzilli raket sistemlərinin yerləşdirilməsi planlarına qəti şəkildə qarşı çıxır.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun brifinqdə məlumat verib.

O bu kompleksi "strateji hücum silahı" adlandırıb. Diplomatın sözlərinə görə, bu cür hərəkətlər digər ölkələrin qanuni təhlükəsizlik maraqlarına zərər verir, hərbi qarşıdurmanı şiddətləndirir və silahlanma yarışı riskini artırır.

Çin Xarici İşlər Nazirliyindən, həmçinin vurğulanıb ki, Tokionun bu sistemləri yerləşdirmək istəyi Yaponiyanın remilitarizasiyasının sürətləndiyini və uzunmüddətli müharibəyə hazırlıqların getdiyini göstərir.

Nazirlik nümayəndəsi qeyd edib ki, bu, müharibədən sonrakı beynəlxalq nizama meydan oxumaqdır və regionda yeni qeyri-sabitlik təhlükəsi yaradır. Pekin Vaşinqton və Tokionu bu cür planlardan imtina etməyə çağırıb.

Daha əvvəl "Kyodo" agentliyinin xəbər verdiyi kimi, ABŞ Silahlı Qüvvələri iyun-sentyabr ayları üçün təlimlər müddətində Yaponiya Özünümüdafiə Qüvvələrinin Kaqosima prefekturasındakı Kanoya aviabazasında "Typhon" raket sistemlərini yerləşdirməyi planlaşdırır. Manevrlərin keçirilməsi zamanı "Typhon" sistemləri ilə yanaşı, həmçinin HIMARS yaylım atəşli raket sistemləri də yerləşdiriləcək.

Избранный
15
1
moderator.az

2Источники