İngiltərə Premyer Liqasında mövqelərini gücləndirmək istəyən Londonun "Arsenal" klubu transfer bazarında gözlənilməz gediş etməyə hazırlaşır.
Fanat.Az Böyük Britaniyanın məşhur "TEAMtalk" idman portalına istinadən xəbər verir ki, "topçular" "Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Tiyyani Reyndersin klubdakı vəziyyətini yaxından izləyir.
Ötən yay transfer pəncərəsində "şəhərlilər"in heyətinə qoşulan 27 yaşlı futbolçu, baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında kifayət qədər oyun şansı qazana bilmədiyi üçün komandadan ayrılmağa müsbət yanaşır.
Hazırda İtaliya A Seriyasının nəhənglərindən olan "Yuventus" və bir neçə digər klub da təcrübəli yarımmüdafiəçini yenidən İtaliyaya qaytarmaq üçün ciddi mübarizə aparır. Lakin "Mançester Siti" rəhbərliyi, oyunçu üçün gələcək təkliflərin təxminən 45 milyon funt-sterlinq civarında olacağı təqdirdə rəsmi danışıqlara başlamağı planlaşdırır.