RU

Prospektdə riskli anlar: Yeniyetmə skuterlə axına qarşı hərəkət etdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Azadlıq prospektində qayda pozan yeniyetmə avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 22-də saat 15:58 radələrində qeydə alınıb. Görüntülərdə yeniyetmənin skuterlə yolun orta zolağı ilə hərəkət etdiyi və əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı getdiyi görünür. Bu hərəkət nəqliyyat axını üçün ciddi risk yaratsa da, həmin an qarşı istiqamətdən avtomobilin gəlməməsi baş verəcək qəzanın qarşısını alıb.

Belə davranışlar xüsusilə sıx hərəkətli prospektlərdə qəfil toqquşma riskini artıran əsas amillərdən biridir. Skuter və oxşar fərdi hərəkət vasitələri yalnız müəyyən olunmuş qaydalar çərçivəsində və təhlükəsiz zolaqlarda idarə olunmalıdır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
avtosfer.az

1Источники