RU

Ətin qiyməti 39 manata qalxdı

Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən hazırda həm iri, həm də xırdabuynuzlu heyvanların ətinin bahalaşma ilə üz-üzəyik.

Publika.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib:

"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".

V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:

Избранный
55
13
publika.az

10Источники