RU

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

Vaşinqton, 22 may, AZƏRTAC

Tramp administrasiyası Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırdır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

“ABŞ hələ də müharibənin yalnız danışıqlar yolu ilə həllinə inanır. Bu, bir tərəfin və ya digər tərəfin hərbi qələbəsi ilə bitməyəcək. Əgər məhsuldar danışıqları bir araya gətirmək üçün bir fürsət görsək, bu rolu oynamağa hazırıq”, - deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
23
2
azertag.az

3Источники