Mövcud mənzil maliyyələşdirilməsi sistemləri milyonlarla insan üçün pərakəndə və əlçatmaz olaraq qalır, kreditlərə qeyri-bərabər çıxış və məhdud dövlət investisiyaları isə mənzil bərabərsizliyini və məkan təcridini gücləndirməyə davam edir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırışı"nda qeyd olunur.