RU

DİN və DSX Yardımlı və Lerikdə genişmiqyaslı narkotik əməliyyatı keçirdi - Yaralanan var

Mayın 22-də Yardımlı və Lerik rayonlarının sərhədyanı dağlıq ərazilərində polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat tədbirləri keçirilib.

 

Sitat.info-nun məlumatına görə, əməliyyat zamanı ölkəyə qanunsuz yolla keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə daxil olmasının qarşısı alınıb. Tədbir zamanı cinayətkar qrup tərəfindən polis əməkdaşlarına odlu silahla müqavimət göstərilib, nəticədə bir polis əməkdaşı xəsarət alıb.

 

Hadisə yerindən 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop həblər aşkar olunaraq götürülüb. Saxlanılanlar var.

 

Tədbirlər davam etdirilir.

Избранный
36
3
sitat.info

4Источники