RU

Britaniya və Fransa Hörmüz boğazının minalardan təmizlənməsində iştirak edə bilər

Britaniya və Fransa Hörmüz boğazının minalardan təmizlənməsində iştirak edə bilər

ABŞ administrasiyası hesab edir ki, Böyük Britaniya və Fransanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi prosesində iştirak edə bilər.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Helsinqborqda keçirilən görüşündə bəyan edib.

"Tutaq ki, İran boğazları açmaq qərarına gəlir və deyir: "Yaxşı, biz artıq insanlara atəş açmayacağıq". Lakin kiminsə barı ora gedib həmin minaları zərərsizləşdirməsi lazımdır. Bu ölkələrin bəzilərində isə xeyli sayda mina axtaran gəmilər var, ona görə də onlar əsas rol oynaya bilərlər. Düşünürəm ki, Böyük Britaniya və Fransanın yaratdığı mexanizmin faydası da elə bundan ibarətdir", - deyə o bildirib.

Xatırladaq ki, bir qədər əvvəl "The Wall Street Journal" qəzeti Avropanın Hörmüz boğazına ABŞ olmadan nəzarət etmək planı üzərində işlədiyini xəbər vermişdi.

Избранный
56
afn.az

1Источники