RU

TƏBİB bu şirkətdən 19.4 milyonluq dərman alır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “İnnovasiya Təchizat Mərkəzi” publik hüquqi şəxsi ümumilikdə 19 456 680 manatlıq dərman vasitəsi alır.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə “Zeytun Pharmaceuticals” MMC ilə 4 müqavilə bağlayıb.

 

Buraya xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası məqsədilə dərman vasitələri, tibb müəssisələrinin perinatal şöbələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri və güclü təsiredici və psixotrop dərman vasitələri daxildir.

 

Cabir

Tarix: 22 May 2026, 23:46   
Избранный
38
pravda.az

1Источники