RU

Rusiya Ukrayna ilə bu üç ölkəni bir birinə belə düşmən edir

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Baltik ölkələri üzərində görünən pilotsuz uçuş aparatları ilə bağlı bir sıra insidentləri Ukrayna ilə onun ən sadiq müttəfiqlərindən bəziləri arasında siyasi böhrana çevirməyə çalışır. Lakin görünən odur ki, bu cəhd hələlik uğursuz olub.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr qeyd edir ki, Estoniya, Latviya və Litvada baş verən PUA insidentlərindən sonra Rusiya Ukrayna dronlarını NATO hava məkanına yönləndirmək üçün radioelektron mübarizə vasitələrindən istifadə etməkdə ittiham olunur. Moskva üç Baltik ölkəsini guya Ukraynanın öz hava məkanından Rusiyaya hücum etmək üçün istifadə etməsinə imkan yaratmaqda günahlandırıb və onlara qarşı cavab tədbirləri ilə hədələyib. Baltik ölkələrinin rəsmiləri isə bu ittihamları təkzib ediblər.

“Üç ölkənin hökumətlərinin birgə bəyanatında deyilir ki, onlar Rusiyanın açıq dezinformasiya kampaniyasını və hava məkanının pozulması ilə bağlı uydurma ittihamlarını qəti şəkildə rədd edirlər; Moskva bunlardan öz hərbi uğursuzluqlarını gizlətmək üçün həyasızcasına istifadə edir”, - nəşr vurğulayıb.

NATO-nun baş katibi Mark Rutte də məsuliyyətin Rusiyanın üzərində olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
axar.az

1Источники