RU

WUF13-də Azərbaycanın uğuru: İlham Əliyevin inkişaf siyasəti qlobal müstəvidə

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın qlobal urban inkişaf gündəliyində artan rolunu bir daha ortaya qoyub. Forum çərçivəsində xüsusilə İlham Əliyev tərəfindən dayanıqlı inkişaf, müasir şəhərsalma, post-münaqişə ərazilərinin bərpası və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi vurğulandı. Bakı həm təşkilatçılığı, həm də qlobal müzakirələr üçün yaratdığı platforma ilə diqqət çəkib.

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycan dünyanın ən böyük tədbirlərindən biri olan WUF Qlobal Urban Forumuna uğurla ev sahibliyi edib.

Deputat qeyd etdi ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin növbəti mühüm uğurlarından biri hesab oluna bilər: “Belə ki, tədbir çərçivəsində Bakıda 176 ölkədən 57 mindən artıq iştirakçı qeydiyyata alındı. Bu isə bütövlükdə WUF sessiyalarının tarixində ən böyük göstəricidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan şəhərsalma ənənəsinə və bu istiqamətdə təqdim olunan mexanizmlərə görə regionun fərqlənən ölkələrindən biridi. Əlavə etdi ki, bütövlükdə şəhərsalma ənənəsi, eyni zamanda bu sahədə əldə edilən uğurlar, o cümlədən təbii ki, paytaxt da daxil olmaqla bir sıra digər şəhərlərimizin inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə təsadüf edir.

Deputat vurğuladı ki, Bakının inkişafı məhz Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsi olub: “Çünki Bakının inkişafı birmənalı şəkildə 1969-cu ildə reallaşan siyasət və həyata keçirilən dəstək nəticəsində mümkün oldu”.

Избранный
58
publika.az

1Источники