RU

Türkiyə klublarının avrokubok marşrutu Kim və harada?

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə klublarının avrokubok marşrutu - Kim və harada?

2026/27 mövsümündə Türkiyə klublarının UEFA-nın avrokubok yarışlarında iştirak formatı açıqlanıb.

QOL.az bu barədə “NTV Spor”a istinadən xəbər verir. Türkiyə Kubokunun finalından sonra komandaların Avropa marşrutu dəqiqləşib.

Ölkə Futnol Federasiyasının məlumatına əsasən, “Qalatasaray” Türkiyə çempionu olaraq birbaşa UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Superliqanı ikinci pillədə başa vuran “Fənərbaxça” isə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Türkiyə Kubokunun qalibi olan “Trabzonspor” UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək.

“Trabzonspor”un kuboku qazanmasından sonra “Beşiktaş” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.

“Başakşehir” isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
qol.az

2Источники