RU

Ulduz futbolçu "Real"dan GEDİR

"Real Madrid" klubu təcrübəli müdafiəçi David Alaba ilə yollarını ayıracağını rəsmən açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, klubun yaydığı məlumata görə, 33 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra Madrid təmsilçisindən ayrılacaq. "Kral klubu" David Alaba və ailəsinə gələcək həyatında uğurlar arzulayıb.

Açıqlamada bildirilib ki, komandanın şənbə günü keçiriləcək son liqa oyununda, "Santyaqo Bernabeu" stadionunda futbolçu üçün xüsusi vida mərasimi təşkil olunacaq.

Avstriyalı müdafiəçi 2021-ci ilin yayında "Real"a transfer olunmuşdu. O, bu müddətdə komandanın heyətində bütün turnirlərdə 131 oyuna çıxıb, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

David Alaba Madrid klubunda çıxışı ərzində iki dəfə İspaniya çempionu olub, iki UEFA Çempionlar Liqası kuboku qazanıb. Bundan əlavə, o, UEFA Superkuboku, iki İspaniya Superkuboku və İspaniya Kubokunun qalibi adını da qazanıb.

Futbolçunun komandadan ayrılması azarkeşlər arasında böyük maraq və müzakirə yaradıb.

Избранный
25
2
bakivaxti.az

3Источники