Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Türk Ağsaqqaları Arasında Əlaqələrin İctimai Birliyi (TAİB), Masallı və Lənkəran rayonlarının YAP təşkilatlarnın eləcə də Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü ilə əlaqədar
" Müstəqilliyimiz təntənəsi " adlı tədbir keçirilib. Tədbirin təşkilatçıları Heydər Əliyev Mərkəzinin önündəki abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra mərkəzin akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Masallı Regional Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov qonaqları salamladıqdan sonra 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdirməsini, Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bir daha tədbir iştirakçılarına xatırladlb. Sonra sözü Türk Ağsaqqalları Birliyinin sədri, əməkdar dövlət və elm xadimi ,akademik Sudeif İmamverdiyevə verib.Akademik Südeif İmamverdiyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ənənələrimizin və xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirdiyini, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyevin fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirildiyini qeyd edib.
Tədbirdə digər çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev dövlətçilik tariximizin Cümhuriyyət mərhələsindən, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada parlaq bir hadisəsi olmasından ,bu gün artıq ərazi bütövlüyümüzün və suverenliyimiz bərpa olunmasından, üçrəngli bayrağımızın dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanmasından bəhs ediblər
Tədbirdə iştirak edən Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,teleradio jurnalist Mübariz Süleymanlı çıxışında hələ 525 il bundan əvvəl, 1501-ci ildə Şah İsmayıl Xətainin imzaladığı fərmanla ana dilimizin rəsmən Azərbaycan dili kimi dünyaya bəyan eləməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Natiq ölkəmizin ictimai-siyasi və mədəni həyatınının inkişafında Masallı rayonunun işıqlı ziyalılarının xidmətləri olduğunu da vurğulayıb.
Masallı Regional Kollecinin müəllim və tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edən tədbirdə kollecin yeni təsis etdiyi "Gurşad " elmi, bədii - publisistik jurnalının ilk nömrəsinin təqdimatı da keçirilib Jurnalın baş redaktoru əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,uzun illər Azərbaycan Dövlət Televiziyasında "Xalq yaradıcılığı" verilişinin aparıcısı olmuş jurnalist Zakir Abbas Azərbaycan Mətbuatının 150 illiyi ildönümündə bu jurnalın işıq üzü görməsini böyük sevinc hissi ilə vurğulayıb.
Tədbirin sonunda bir neçə nəfərə diplomlar təqdim olunub və Türk Ağsaqqalları Birliyinin üzvü ,professor Dilqəm Quliyev müəllifi olduğu iki kitabını Masallı Regional Kollecinin direktoru,filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanova təqim edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Mübariz Süleymanlı