Bunu AZƏRTAC-a açıqlamasında Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci deyib.
O, fikirlərinə belə davam edib: "Azad edilmiş Azərbaycan torpaqlarında "ağıllı şəhər" yaratmaq mümkündür. Amma Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq. Müasir şəhər qurmaq olar. Qarabağda bunların həyata keçirilməsi, şəhərlərin yenidən müasir şəkildə inkişaf etdirilməsi bizi qürurlandırır. Amma mən şəxsən mədəniyyətimizin, mirasımızın və dəyərlərimizin qorunaraq şəhərlərin tarixi siması ilə yenidən inkişaf etdirilməsini daha vacib hesab edirəm".
İ.Demirci bir neçə dəfə azad edilmiş torpaqlarımızı ziyarət etdiyini və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq layihələndirmə işləri apardıqlarını da diqqətə çatdırıb.