RU

Ölən ulduzun bənzərsiz görüntüsü qeydə alınıb

Havay adalarının ən yüksək dağı olan Mauna-Keanın zirvəsində yerləşən "Gemini North" teleskopu ulduzu ömrünün son anlarında lentə alıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi teleskopu idarə edən Milli Elm Fondunun "NOIRLab" laboratoriyasına istinadən məlumat yayıb.

"Əslində bu, 1 500 işıq ili məsafəsində yerləşən və ətrafındakı süd rəngli sferik buluda görə "Büllur Kürə Dumanlığı" ləqəbini alan qoşa ulduz sistemidir. Bir işıq ili təqribən altı trilyon milə bərabərdir. Qeyd edilən qaz buludu ulduz öz həyatının sonuna yaxın xarici təbəqələrini atdığı zaman formalaşır. Açıqda qalan ulduz nüvəsi buludu onminlərlə dərəcəyə qədər qızdıraraq ona qeyri-adi parlaqlıq bəxş edir", - deyə açıqlamada qeyd olunub.

Alimlərin fikrincə, planetar dumanlığın ətrafında fırlanan və bir vaxtlar Günəşdən daha böyük olan iki ulduzdan biri artıq öz mövcudluğunu dayandırıb. Ötən il "Gemini North" teleskopu rəsmi olaraq "NGC 1514" kimi tanınan bu dumanlığı müşahidə edib və keçən həftə onun rəngli təsviri tam hazır vəziyyətə gətirilib.

Избранный
15
azedu.az

1Источники