RU

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZCON Holding-in D15 stendi şəhərlərin gələcəyini formalaşdıran texnologiyalar, “ağıllı” mobillik həlləri və rəqəmsal innovasiyaların təqdim olunduğu platformaya çevrilib.

AZCON Holding-dən “İki sahil”ə bildirilib ki, tədbir günlərində təşkil olunan ümumilikdə 16 infosessiyada 600-dən çox iştirakçı şəhərsalma, süni intellekt, rəqəmsal xidmətlər, nəqliyyat və kosmik texnologiyalarla bağlı təqdimat və müzakirələrə qoşulub. Stendə ziyarətçi sayı 8 mini ötüb.

AZCON Holding tərəfindən keçirilən infosessiyalarda “ağıllı” şəhərlər, dayanıqlı mobillik, rəqəmsal identifikasiya, geoməkan texnologiyaları və şəhər infrastrukturunun gələcəyi ilə bağlı innovativ yanaşmalar təqdim olunub. Təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və müxtəlif ölkələrdən olan nümayəndələrlə faydalı fikir mübadiləsi aparılıb.

Sessiya çərçivəsində AZCON Holding şirkətlərinin təqdim etdiyi həllər şəhər həyatında rəqəmsallaşmanın, əlçatanlığın və davamlı inkişafın rolunu ön plana çıxarıb. Stend boyunca keçirilən görüşlər və müzakirələr yeni əməkdaşlıq imkanlarının qurulmasına da töhfə verib.

WUF13 AZCON Holding üçün beynəlxalq iştirakçılarla təcrübə mübadiləsi aparmaq, innovativ həlləri nümayiş etdirmək və gələcəyin şəhərlərinə dair baxışı paylaşmaq baxımından mühüm platforma olub.

Избранный
28
ikisahil.az

1Источники