RU

Qarri Kasparov beynəlxalq axtarışa verildi: O, terrorizmi dəstəkləməkdə ittiham edilir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın hüquq-mühafizə orqanları Qarri Kasparovu beynəlxalq axtarışa verib. Kasparov, Rusiya tərəfindən xarici agent kimi tanınan və terrorçular reyestrinə daxil edilən şəxs olaraq, internetdə terrorizmə haqq qazandırmaq və xarici agentin fəaliyyət qaydalarını pozmaqla bağlı iki maddə üzrə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı etdiyi iş materiallarına əsasən məlumat verilib.

2025-ci ilin dekabrın 22-də Moskva Zamoskvoreçenski Rayon Məhkəməsi Kasparov üçün həbs-qətimkan tədbiri seçərək, onun Rusiyaya ekstradisiya və ya deportasiya edilməsi halında iki aylıq həbs tətbiq olunacağını qərara alıb. Moskva Şəhər Məhkəməsi bu qərarı qanuni sayıb və qüvvədə saxlayıb.

Kasparova qarşı başlanğıcda terrorizmi internet vasitəsilə açıq şəkildə dəstəkləmək ittihamı irəli sürülmüşdü. Bu maddə üzrə cəza 5–7 il azadlıqdan məhrumetmə və müəyyən vəzifələrdə çalışmaq və ya fəaliyyətlə məşğul olmaq hüququnun 5 il müddətinə məhdudlaşdırılmasını nəzərdə tutur. Sonradan ona xarici agentin fəaliyyət qaydalarını pozmaqla bağlı iki əlavə maddə üzrə də cinayət işi açılıb. Bu maddələrdən hər birinə görə cəza 2 ilədək həbs və ya cərimə nəzərdə tutulur.

Kasparov 2022-ci ilin may ayında Xarici Agentlər Siyahısına daxil edilib. Səbəb kimi “siyasi fəaliyyət” göstərilmiş, xarici mənbələr isə Ukrayna və ABŞ-dakı "Human Rights Foundation" olaraq qeyd edilmişdir. Rusiyada məhkəmələr onu xarici agentlər haqqında qanunu pozduğu üçün dəfələrlə inzibati məsuliyyətə cəlb edib. Hazırda Kasparov Rusiyanın hüdudlarından kənarda yaşayır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
bizimyol.info

1Источники