ABŞ-də öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.“BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb. “ABŞ-də müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, - deyə məlumatda vurğulanıb.