Bu il üçün Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Statistikaya görə, 2026-cı ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1775 nəfər olub.
Onlardan 29,4 faizi tikintidə, 10,8 faizi emal sənayesində, 9,6 faizi mədənçıxarma sənayesində, 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 5,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 30,3 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələri alıblar.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта