RU

Vaşinqtonda gizli hərbi şura – İran ərazisinin bombalanması masada

Yaxın Şərqdə nüvə gərginliyi və pərdəarxası diplomatik mübarizənin davam etdiyi bir vaxtda, ABŞ rəhbərliyinin İrana qarşı birbaşa və sarsıdıcı hərbi müdaxiləyə hazırlaşdığı barədə qlobal miqyasda şok effekti yaradan gizli məlumatlar sızdırılıb. Vaşinqton artıq diplomatik masa arxasından qalxaraq hərbi ssenariləri rəsmən icra etmək ərəfəsindədir.

Musavat.com xəbər verir ki, ABŞ-ın Ağ Ev administrasiyasında İrana qarşı aktiv hərbi əməliyyatların və döyüşlərin yenidən bərpa olunması məsələsi ən yüksək səviyyədə müzakirə edilib. Amerikanın nüfuzlu "Axios" analitik portalı hökumətdəki gizli mənbələrə istinadən bu barədə sensasion xəbər yayıb. Məlumata görə, Ağ Evin milli təhlükəsizlik rəsmiləri münaqişənin dondurulması cəhdlərinin uğursuz olduğunu bildirərək, yenidən silah gücünə əl atmağın labüdlüyünü müdafiə edirlər.

Eyni zamanda, ABŞ-ın digər media nəhəngi "CBS News" telekanalı Pentaqonun daxilində başlayan irimiqyaslı hərbi hərəkətliliyi ifşa edib. Telekanalın hərbi qaynaqlardan əldə etdiyi məlumata görə, yüksək rütbəli ordu generalları və Müdafiə Nazirliyinin rəsmiləri İran İslam Respublikasının birbaşa daxili ərazisinə, o cümlədən strateji hərbi obyektlərinə və nüvə mərkəzlərinə dağıdıcı hava və raket zərbələrinin endirilməsi ilə bağlı verilə biləcək yekun əmrə qarşı çox aktiv şəkildə hazırlıqlara başlayıblar. 

Musavat.com

Избранный
42
musavat.com

1Источники